Xəbər - Samir Əli – Trend:
2021-ci il ərzində Bakı şəhəri üzrə 37 hadisə artaraq 197 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu, əvvəlki illə müqayisədə azdır.
AzerTimes-ın məlumatına görə, bunu Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2021-ci il ərzində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsində Bakı şəhər prokuroru İlqar Abbasov deyib.
Şəhər prokuroru qeyd edib ki, bu qəbildən olan cinayət işlərindən 100-ü məhkəməyə göndərilib, hadisəni törədən şəxsin ölməsi səbəbindən 50 iş üzrə icraata xitam verilib.