İyulun 20-də saat 08 radələrində paytaxtın Qaradağ rayonu Ümid qəsəbəsində 1967-ci il təvəllüdlü Aybəniz Məhəmməd qızı Şükürzadənin kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən AzerTimes-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu – 1991-ci il təvəllüdlü Kamran Etibar oğlu Şükürzadə saxlanılıb.
O, polisə könüllü gəlib.