Bakıda odlu silah satmaq istəyən şəxs saxlanılıb (FOTO/VİDEO)

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin
əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata
keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu
silah-sursat gəzdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, bölməyə
paytaxt sakini, əvvəllər məhkum edilmiş Rüfət İbrahimovda silah
olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.
Həmin şəxs odlu silahı satmaq istəyən zaman saxlanılıb. Onun
üzərinə baxış keçirilərkən 1 ədəd “TT” markalı atəş üçün yararlı
tapança və həmin silaha məxsus daraq aşkar edilərək götürülüb.
Rüfət İbrahimov odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin
polisə təhvil verməyərək özündə saxladığını bildirib.

5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam
etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə
göndərilib. Rüfət İbrahimov barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.

Teqlər: