Bakı şəhəri Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində, qeyri-yaşayış obyektinin qarşısında iki göyrüş ağacı kəsilib.
AzerTimes xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumat yayıb.
Bildirilib ki, Xidmətə daxil olan şikayət əsasında araşdırma aparılıb.
Xidmət rəsmisi Rəvan Teymurovun sözlərinə görə, araşdırma zamanı ağacların sözügedən qeyri-yaşayış obyektinin sahibi Fazil Ələkbərov tərəfindən kəsildiyi müəyyən edilib.
Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.