Bakıda Novruz çadırlarında qiymətlər necədir? (FOTO)

Xəbər - Fərid Zöhrabov – Trend:

Bakının müxtəlif yerlərində Novruz bayramı ilə əlaqədar qida və
qeyri-qida məhsullarının satıldığı çadırlar artıq bir müddətdir ki,
fəaliyyətə başlayıb.

Trend-in əməkdaşının məlumatına görə, bunlardan
biri də metronun Elmlər Akademiyasının çıxışında yerləşir.

Novruz bayramına az bir müddət qaldığından çadırlarda müştəri
bolluğudur.

Müxtəlif növ qida və qeyri-qida məhsullarının satıldığı çadır
həm məhsul çeşidliyi, həm də yerləşdiyi yerə görə sakinlər üçün
əlverişlidir. Çadırda olduğumuz zaman məhsullara kifayət qədər
tələbatın olduğunu gördük.

Alıcılar arasında daha çox tələbat Novruz bayramında istifadə
olunan məhsullaradır.

Qeyd edək ki, qoz ləpəsinin kiloqramı 12-16 manat, fındıq ləpəsi
10-12 manat, badam- 16 manat, kişmiş 5-9 manat, səməni isə 2-6
manat arası dəyişir.

Twitter:@FaridZohrabov

Teqlər: