Bakıda Neyrocərrahiyyə Xəstəxanasında yanğın başlayıb

Xəbər - Samir Əli – Trend:

Bakıda Respublika Neyrocərrahiyyə Xəstəxanasının binasında yanğın başlayıb.

AzerTimes-ın məlumatına görə, hadisə xəstəxananın mərtəbələrindən birində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən ( TƏBİB) AzerTimes-a faktı təsdiqləyiblər. Bildiriblər ki, hadisə barədə ictimaiyyətə ətraflı məlumat veriləcək


Teqlər: