Xəbər - Humay Ağacanova -Trend:
Bakıda neft quyularından külli məbləğdə dəyəri olan mühərrik və generatorun hissələrini oğurlayan 3 nəfər saxlanılıb.
DİN Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, avqustun 31-də rayon ərazisindəki MMC-lərdən birinə məxsus neft quyularından 591 900 dollar dəyərində mühərrik və generatorun hissələri oğurlanıb.
Cinayəti törətməkdə şübhəli bilinən Salyan rayon sakinləri K.Kərimov, Ş.Babaşov və Bakı şəhər sakini Y.Rüstəmov saxlanılıblar.