12:06
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.
AzerTimes xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
***
Neft Emalı Zavodundakı yanğının söndürülməsinə helikopterlər cəlb olunub.