Paytaxtda Milli Qəhrəman və şəhid adı daşıyan məktəblərin sayı məlum olub.
Yenicag.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı hesabatda bildirilib.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si Milli Qəhrəman adını daşıyır.
Məktəblərə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir.
www.yenicag.az