Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq
üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi
Akademiyasında NATO-nun Brunssumda (Niderland Krallığı) yerləşən
Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən “Hərbi ictimai əlaqələr” mövzusunda təlim kursu keçirilib.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, kursda dinləyicilərə NATO-nun media və
ictimaiyyətlə birgə fəaliyyəti ilə bağlı müxtəlif sahələrdə
brifinqlər təqdim olunub.
Mövzuya dair fikir mübadiləsi aparılaraq praktiki qrup
çalışmaları yerinə yetirilib.
Sonda dinləyicilərə sertifikatlar təqdim olunub.