Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən
növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə
məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, əməliyyat
zamanı əvvəllər məhkum edilmiş paytaxt sakini Tariyel Quliyev
Əhmədli qəsəbəsi ərazisində tutularaq istintaqa təqdim edilib. Onun
üzərinə və yaşadığı evə baxış keçirilən zaman 5 kiloqrama yaxın
narkotik vasitə heroin aşkar edilib. Tariyel Quliyev paytaxt
ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf
edib. Bu şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib.
Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi
ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu
narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis
əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.