Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz
dövriyyəsində təqsirləndirilən İsmayıl Qədirovun cinayət işi üzrə
məhkəmə prosesi başa çatıb.
AzerTimes-ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə İsmayıl Qədirov 14 il müddətinə azadlıqdan
məhrum edilib.
Qeyd edək ki, bu il Qaradağ rayonu ərazisində paytaxt sakini
İsmayıl Qədirov avtomobili ilə birlikdə saxlanılarkən onun
üzərindən 12 qram, idarə etdiyi avtomobildən isə 4 kiloqram heroin
aşkar edilib.
Ona Cinayət Məcəlləsinin 234.4.3-cü( külli miqdarda qanunsuz
narkotik vasitələrin dövriyyəsi) maddəsi ilə ittiham verilib.