Bakıda narkoman işgəncə nəticəsində öldü

Bakıda narkoman işgəncə nəticəsində öldü

Bakı Ağır Cinayətlər Məhkəməsində “Nyu Layf” reabilitasiya mərkəzində narkomaniyadan əziyyət çəkən şəxsin ölümündə təqsirləndirilən mərkəz rəhbəri Orucəli Heydərov və müəssisənin 4 əməkdaşının işi üzrə məhkəmə prosesi keçirilib.

AzerTimes xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib. Onlar iş üzrə özlərini təqsirli bilməyiblər.

Proses iyulun 18-də davam etdiriləcək.

İttihama görə, adıçəkilən müəssisədə narmomaniyadan müalicə olunan şəxslərə xüsusi işgəncələr verilməsi faktları aşkarlanıb. Hadisə nəticəsində narkomaniyadan əziyyət çəkən Hüseyn Məmmədov işgəncələrdən həyatını itirib.

Digər üç nəfər-Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev zərərçəkmiş zərərçəkmiş qismində tanınıb.

“Nyu Layf” Reabilitasiya Mərkəzi Binəqədi rayonu, Novxanı qəsəbəsindəki bağlar massivindəki evlərdən birində yerləşib. Araşdırmalar zamanı məlum olub ki, xeyli vaxt reklamı gedən, pasiyentlərin gəldiyi mərkəzin ümumiyyətlə, lisenziyası yoxdur. Bu üzdən təqsirləndirilən 5 nəfərdən üçünə – Orucəli Əliheydərov, Elvüsal Hüseynov və Famil Rzayevə başqa maddələrlə yanaşı, həm də qanunsuz sahibkarlıq ittihamı verilib. Qalan ikisi – Qənbər Həsənov və Sərxan Əliyev də daxil olmaqla, 5 nəfərin hamısı, əzab vermə, qanunsuz azadlıqdan məhrumetmə kimi əməllərdə suçlanır.

Cinayət işinin materiallarında göstərilib ki, “New Life” Reabilitasiya Mərkəzində müalicə kursu keçən onlarla pasiyentin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb. Reabilitasiya prosesində bütün dünyada narkotik, alkoqol asılılığının müalicəsində tətbiq olunan “12 addım” proqramından yararlanıblar. Mərkəzdəki qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib.

İttihama görə, Hüseyn Məmmədov mərkəzdən qaçmaq istəyəndə oranın əməkdaşları onu tutub döyüblər. Qaçmaması üçün əl-qolunu bağlayıb, bu vəziyyətdə saxlayıblar. Bir gün sonra onun vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Teqlər: