Bakıda moda sərgisi başladı

Bakıda moda sərgisi başladı

Ötən axşam “Mercedes-Benz Fashion Week”in açılışı olub.

Dəb həftəsi məşhur gürcü dizayneri Avtandil Çkvitinidzenin kolleksiyasının nümayişi ilə başlayıb.

Avtandil Çkvitinidze Gürcüstan dəb dünyasına yeni nəfəs gətirən simalardandır. Onun hər kolleksiyasında fərqli məna var. Dizayner üçün ilham mənbəyi müxtəlif dövrlər, fərqli mədəniyyətlər və cəmiyyətdə ikona sayılan qadınlardır. O, həm ziyafət, həm də gündəlik geyimlər hazırlayır.

Qeyd etmək yerinə düşər ki, “Mercedes-Benz Fashion Week” hər il müxtəlif ölkələrdə keçirilir. Dəb həftəsi Rusiya, Almaniya, ABŞ, Türkiyə, Avstraliya və digər ölkələrdə təşkil olunub.

“Mercedes-Benz Fashion Week” Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşir.

mercedes-fashion-baku