Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Aqil Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobili qarşıda gedən paytaxt sakini T.Yolçuyevin idarə etdiyi “Kamaz” markalı avtomobilə vurub.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nəticədə A.Məmmədov hadisə yerində ölüb, sərnişini isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.