Bakıda Milli Gimnastika Arenasında idmançılar üçün çox gözəl
şərait yaradılıb.
Bu barədə cümə axşamı AzerTimes-a Azərbaycanda təlim-məşq
toplanışında olan bədii gimnastika üzrə Avstraliya yığmasının üzvü
Aleksandra Kiroy-Boqatıreva bildirib.
“Təlim-məşq toplanışları artıq üçüncü aydır ki, davam edir.
Azərbaycanlı məşqçilərlə birlikdə yeni proqram hazırlamışıq, indi
onu yarış mövsümünə hazırlayırıq. Qarşıda məni Daşkənd və Bakıda
keçiriləcək Dünya Kuboku, daha sonra Avstraliya çempionatı və
Okeaniya çempionatı, eləcə də digər yarışlar gözləyir”, – atlet
qeyd edib.
Avstraliyalı gimnast Milli Gimnastika Arenasında yaradılan
şəraitdən razı qaldığını vurğulayıb.
“Azərbaycanda gimnastika yaxşı inkişaf edib. Burada çox gözəl
şərait var. Çox yerdə məşq etmişəm, amma Bakıda idmançılar üçün ən
yaxşı şərait yaradılıb. Burada hər şey gimnastlar üçün, onların
məhsuldar məşq etmələri və birinci olmaları üçün yaradılıb”, –
Kiroy-Boqatırova bildirib.
O qeyd edib ki, Azərbaycan gimnastları ilə ünsiyyət onun üçün
son dərəcə vacibdir.
“Onların mehriban münasibətinə görə minnətdaram. Biz birlikdə
çox vaxt keçiririk – həm məşqlərdə, həm də həftə sonları”, –
idmançı əlavə edib.
Aleksandra Kiroy-Boqatıryova onu da bildirib ki, Bakıda olduğu
müddətdə Azərbaycanın mədəniyyəti, milli adət-ənənələri haqqında
daha çox məlumat əldə edib.