Bakıda metronun “Xalqlar dostluğu” stansiyası yaxınlığında, kənd Əhmədlinin girişində yanğın baş verib.
AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb..
Məlumata görə, təndirxanadan başlayan yanğın bitişik olan ərzaq mağazasını və gözəllik salonunu da tamamilə külə döndərib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın artıq lokallaşdırılıb, hazırda tam söndürülməsi istiqamətində işlər davam etdirilir.