Respublika Klinik Xəstəxanası köçürülür.
AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Nərimanov Tibb Mərkəzindən sonra, Respublika Klinik Xəstəxanasının da köçürüləcəyini təsdiqləyib. Onun sözlərinə görə, tibb müəssisəsində əsaslı təmirə ehtiyac var.
Vüqar Qurbanov həmçinin, dövlət tibb müəssisələrindəki həkimlərin vətəndaşlardan, poliklinikadan göndəriş gətirməsini tələb etmələri ilə bağlı məlumatlara də aydınlıq gətirib.