Bakıda məşhur tikinti şirkətləri ağacları qanunsuz kəsdi

Bakıda məşhur tikinti şirkətləri ağacları qanunsuz kəsdi

Bakıda ağacları qanunsuz kəsən tikinti şirkətləri ilə bağlı prokurorluğa müraciət olunub.

Bu barədə AzerTimes-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Xətai, Nəsimi, Nərimanov və Qaradağ rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Xətai rayonu, Nəsirəddin Tusi küçəsində Hayat Residence MMC, Nəsimi rayonu ərazisində İnvest M. Construction MMC, Nərimanov rayonu, Heydər Əliyev prospektində FMG MMC, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində Ailə Park QSC, Qaradağ rayonu, Lökbatan qəsəbəsində isə vətəndaş Tahir Osmanov tərəfindən kəsildiyi məlum olub.

Faktlarla bağlı akt tərtib edilib, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Teqlər: