Bakıda mənzildən bir ailənin 4 üzvünün meyiti aşkarlanıb.
AzerTimes Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün paytaxtın Nərimanov rayonu, Ağaoğlu küçəsi 7 ünvanında baş verib. Həmin ünvanda yerləşən mənzillərdən birində bir ailənin 4 üzvünün meyiti aşkarlanıb.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.