Bakıda mənzildən 62 min dollar oğurlanıb.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Xətai
RPİ-nin 34-cü Polis Şöbəsinə M.Hadi küçəsindəki mənzillərin
birindən seyfdən 62.000 ABŞ dollarının oğurlanması barədə müraciət
daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini,
əvvəllər məhkum olunmuş Ramis Əhmədov və Bakı şəhər sakini Camal
Sultan müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.