Bakıda mənzildən 50 min manat oğurlandı

Xəbər - Samir Əli – Trend:

Bakıda mənzildən külli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə Biləcəri qəsəbəsi ərazisindəki evlərin birindən cari il noyabr ayının 15-dən dekabrın 14-dək olan müddətdə 50.000 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Kazımov və Tərtər rayon sakini R.Ağazadə müəyyən edilərək saxlanılıb.

Teqlər: