Bakıda evdən kişi meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Daxil olmuş məlumata əsasında rayon ərazisində mənzillərdən birində bağlı qapı arxasında bir nəfərin qaldığı məlum olub.
FHN əməkdaşları evə daxil olaraq mənzilə baxış keçiriblər. Baxış zamanı 1986-cı il təvəllüdlü Kərim Nicat Xaliq oğlunun meyiti aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.