Bakıda mənzildə meyit aşkarlanıb.
AzerTimes xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) aidiyyəti üzrə təhvil veriblər.