Xəbər - Samir Əli – Trend:
Bakıda mənzil tikintisi ilə məşğul olan şirkətin əməkdaşları ilə bağlı başlanmış cinayət işinin istintaqı başa çatıb.
AzerTimes-ın məlumatına görə, rüşvət almaqda və dələduzluqda ittiham olunanlar Maksim Zeynalov, Tamara Novruzova, Elnur Məmmədov, Aqil Qədirov, Fariz Nuruyev “Meqa-Siti Holdinq” MMC-nin vəzifəli şəxsləri olub.
Onlar eyni mənzili fərqli adamlara satmaqda təqsirləndirilirlər.
Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib.