Bakıda məktəbli bıçaqlanıb

Xəbər - Çingiz Səfərli – Trend:

162 nömrəli tam orta məktəbin 11a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) yanvarın 10-da günorta saatlarında məktəbdən kənar ərazidə bıçaqlanıb. Hadisə dərsdən sonra baş verib.

Məktəbdən AzerTimes-a verilən məlumata görə, şagirdin sinif yoldaşı tərəfindən bıçaqlandığı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb.

Şagird hazırda xəstəxanadadır, əməliyyat olunub, vəziyyəti ağır-stabildir.

Sinif yoldaşını bıçaqlamaqda təqsirli bilinən şagird (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Teqlər: