182 nömrəli tam orta məktəbə elektrik enerjisinin verilməsində yaranmış fasilə aidiyyəti qurumlar tərəfindən aradan qaldırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.
Bildirilib ki, sabahdan etibarən məktəbdə tədris prosesi normal qaydada davam edəcək.