Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb etdilər

Xəbər - Samir Əli – Trend:

Bakıda məhkum döyülüb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumatda bildirilir
ki, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə fevralın 15-də Bakı şəhər
sakini, Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər
vurma) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop
maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə,
əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə
məhkum edilmiş B.Zeynalovun 2 nəfər tərəfindən döyülməsi və Ədliyyə
Nazirliyi tərəfindən ayağına taxılmış bilərziyin alınaraq
qaytarması müqabilində pul tələb edilməsi barədə məlumat daxil
olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Şamaxı
rayon sakinləri İ.Qaçayev və əvvəllər də soyğunçuluq və quldurluğa
görə məhkum olunmuş S.Məmmədov müəyyən edilərək saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Teqlər: