Bakı şəhərinin Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan otaqda ev əşyaları 8 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Otaqlar yanğından mühafizə olunub. Yanğın söndürülüb.