Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 600 m² olan
birmərtəbəli tikilinin (mebel sexi və anbar kimi fəaliyyət
göstərir) yanar konstruksiyaları və içərisinə yığılan yumşaq mebel
dəstləri 150 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.