Bakıda mazutluq ərazidə yanğın başlayıb.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Belə ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində mazutluq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.