Bakıda maşını piyadaların üstünə sürdü, həbs olundu

Bakıda maşını piyadaların üstünə sürdü, həbs olundu

Paytaxtın Nərimanov rayonunda avtomobili piyadaların üstünə sürən sürücüyə 20 sutka həbs qərarı çıxıb.

AzerTimes xəbər verir ki, bu barədə Oxu.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

Polis mayoru bildirib ki, sürücü 1984-cü il təvəllüdlü Emil Fəxrəddin oğlu Məmmədov barədə toplanan materiallar Nərimanov rayon məhkəməsinə təqdim edilib:

“Nərimanov Rayon Məhkəməsi sürücünü İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu və 535-ci maddələri ilə təqsirli bilərək, barəsində 20 sutka inzibati həbs qərarı verib”.

Teqlər: