Bakıda maşındakı yanğın binaya keçdi

Bakıda maşındakı yanğın binaya keçdi

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının qarşısında dayanan “Chery” markalı minik avtomobilinin yanar hissələri yanıb.

AzerTimes FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan binanın 2-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan mənzilin eyvanının lambirdən ibarət üzlüyü əriyib.

Yaxınlıqda dayanan avtomobillər və bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: