Nərimanov RPİ 17-ci Polis Şöbəsinə martın 19-da rayon ərazisində
Lənkəran rayon sakini Ş.Hüseynzadəyə məxsus “Ford Transit” markalı
avtomobilin mühərrik və yük yerinin naməlum səbəbdən yanması barədə
məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, polis
əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində nəqliyyat vasitəsi yandırmaqda şübhəli bilinən Şəki
rayon sakinləri R.Süleymanov və qardaşı R.Süleymanov müəyyən
edilərək saxlanılıblar.