Avqustun 28-i saat 06:50-də Bakı-Qazax-Gürcüstan yolunun rayonun Sahil qəsəbəsi ərazisindən keçən hissəsində Alqış Vaqif oğlu Əmənovun idarə etdiyi “Mitsubişi Pajero” markalı avtomobil yoldan çıxaraq aşıb.
AzerTimes xəbər verir ki, nəticədə avtomobildə olan sərnişin, 1961-ci il təvəllüdlü Mələk Gülhəsən qızı Vəliyeva (sürücünün anası) ölüb, digər sərnişin – 1958-ci il təvəllüdlü Mərifət Gülhəsən qızı Süleymanova (xalası) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.