Bakıda seksual manyak peyda olub.
AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, 33 yaşlı kişi küçədə qadınlara yaxınlaşaraq onlara qarşı əxlaqsız hərəkətlər edib.
Həmin şəxsin 1991-ci il təvəllüdlü Emin Əliyev olduğu məlum olub. O, polis tərəfindən müəyyən edilərək saxlanılıb.