Xəbər - Samir Əli – Trend:
Bakıda magistral su kəmərində qəza baş verib.
Bu barədə AzerTimes-a “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O bildirib ki, kəmərdə baş vermiş qəza ilə əlaqədar Hövsan qəsəbəsinin Kənd Hövsan adlanan hissəsinə suyun verilişi dayandırılıb.
Qəzanın aradan qaldırılması üçün işlərə başlanılıb.