Xəbər - Samir Əli – Trend:
Bakıda magistral su kəmərində qəza olub.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən AzerTimes-a verilən məlumatda bildirilir ki, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 10 fevral 2022-ci il tarixində axşam saatlarından başlayaraq təmir-bərpa işləri yekunlaşanadək Bakı şəhəri Sabunçu, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.