Ötən gün ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112”
qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Nərimanov
rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2
müraciət daxil olub.
FHN-dən Trend-ə verilən məlumata görə, dərhal çağırış
ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin
müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən
çıxarılması təmin edilib.