Bakıda azı 2 nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava baş verib.
AzerTimes Report-a istinadən xəbər verir ki. hadisə Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində 1989-cu il təvəllüdlü Vasif Valeh oğlu Qeybətov və 1995-ci il təvəllüdlü İlqar Telman oğlu Məmmədov kütləvi dava zamanı xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.