Bakıda kürəkənini güllələyib öldürən qayınataya hökm oxundu

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan 59 yaşlı Azər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi baş çatıb.

AzerTimes-ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Azər Cəfərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, qəttl hadisəsi ötən il dekabrın 13-də baş verib. Xəzər rayonu ərazisində 35 yaşlı Rəşad Məmmədovun aldığı bədən xəsarətləri nəticəsində ölməsi barədə Xəzər rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin qaynatası, 59 yaşlı Azər Cəfərovun aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq Rəşad Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Azər Cəfərovun qətli kürkəni ilə qızı arasında yaranan söz-söhbətlərə görə törətdiyi bildirilir.

Teqlər: