Bakıda qayınata kürəkəni tərəfindən qətlə yetirilib.
AzerTimes-ın məlumatına görə, hadisə paytaxtın Ramana qəsəbəsindəki
Şuşa şəhərciyində qeydə alınıb.
Həmin şəhərcikdə yaşayan, 1978-ci il təvəllüdlü Qabil Qəmbərov
çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.
Məlumata görə, Q.Qəmbərov qızının əri, 1987-ci il təvəllüdlü
Taleh Heydərov tərəfindən öldürülüb.
Hadisəni törədən şəxs dərhal ərazidən qaçıb.
Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində
əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanılıb.