Bakıda küləyin sürəti saniyədə 23 metrə çatır – FAKTİKİ HAVA

Ölkədə faktiki hava şəraiti açıqlanıb.

Bu barədə AzerTimes-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

Sentyabrın 2-si saat 22:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Tovuzda arabir 30 m/s, Tərtər, Naftalan, Gəncədə 28 m/s, Bərdədə 26 m/s, Ağdam, Ağstafada 20 m/s, Mingəçevirdə 19 m/s, Ceyrançöldə 18 m/s, Kəlvəz, Xınalıqda 16 m/s, Şəmkirdə 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda arabir 23 m/s, Binədə 18 m/s, Qum adası, Pirallahıda 15 m/s-dək güclənib.

Teqlər: