Bakıda küləkdə yaralanan şəxslərin vəziyyəti açıqlandı – Təfərrüatlar

Bakıda əsən güclü külək səbəbindən yaralanan 2 nəfərin vəziyyəti
açıqlanıb.

Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat xidmətinin rəhbəri Elnur
Hidayətoğlu AzerTimes-a açıqlaqmasında bildirib ki, hər iki şəxs
mərkəzə yerləşdirilib.

“Qaradağ rayon sakini, 1988-ci il təvəllüdlü şəxs Sahil
qəsəbəsində yerləşən iş yerində olarkən xəsarət alıb. Belə ki,
güclü külək səbəbindən darvaza onun üzərinə aşıb. Diaqnozu on
ikinci döş, birinci bel fəqərələrinin zədələnməsi olub. Dərhal KT
olunub, ilkin tibbi yardım göstərilib və bir müddət sonra ambulator
müalicəyə buraxılıb.

Digər xəsarət alan, Lökbatan qəsəbə sakini, 1962-ci il
təvəllüdlü şəxs tır sürücüsüdür. Özünün dediyinə görə, tırın
qapısını açarkən güclü külək qapını əlindən alıb və o da yıxılaraq
xəsarət alıb. Hadisə nəticəsində kəllə-beyin travması alan şəxs
hazırda Mərkəzin Neyrotravma şöbəsinə yerləşdirilib və müalicəsi
davam edir”,- E.Hidayətoğlu deyib.

Teqlər: