Bakıda külək axşama doğru zəifləyəcək – Faktiki hava

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Trend xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin
aprelin 13-ü saat 08:00-a olan məlumatına əsasən, Bakıda və Abşeron
yarımadasında küləyin sürəti: Bakıda 26 m/s, Çilov adasında 19 m/s
, Neft Daşlarında 15 m/s müşahidə edilir. Neft Daşları
stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.6
metrdir.

Gecə və səhər saatlarında Quba, Qusar, Xaltanda hava şəraiti
yağıntılı olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10
dərəcəyədək isti, Naxçıvan MR-da 6-12 dərəcə isti, dağlıq
rayonlarda 4 dərəcəyədək isti, aran rayonlarında 7-10 dərəcə isti
olub.

Bu gün axşama doğru Bakıda və Abşeron yarımadasında da küləyin
zəifləyəcəyi gözlənilir.

Qeyd edək ki, ölkə ərazisində ötən axşam və gecə saatlarında
küləyin maksimal sürəti 34-38 m/s olub.

Teqlər: