Xəbər - Ceyhun Ələkbərov – Trend:
Güclü külək paytaxtın müxtəlif ərazilərində irigövdəli ağacların aşmasına səbəb olub.
Bu barədə AzerTimes-a Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsindən bildiriblər. Qeyd olunub ki, gün ərzində 14 ağacın aşması qeydə alınıb:
“Bu kimi hallar daha çox Sabunçu, Suraxanı və Nərimanov rayonlarında qeydə alınıb. Dərhal hadisə yerinə icra hakimiyyətinin əməkdaşları cəlb olunublar. Ağac və onun qırıntıları hadisə yerindən götürülüb, fəsadlar aradan qaldırılıb”.