Xəbər - Samir Əli – Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsində hərbi sursatın aşkar
edilməsi barədə məlumat daxil olub.
Nazirlikdən AzerTimes-a verilən məlumatda bildirilir ki, məlumatla
əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə
Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb
edilib.
Əvvəlcə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə
ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin
edilib və kənar şəxslərin əraziyə girişi müvəqqəti
məhdudlaşdırılıb.
Sonra çevik qrupun mütəxəssisləri tərəfindən hadisə yerinə baxış
zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı bir ədəd F-1
əl qumbarası olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən
zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı
başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.