Bakıda oğul anasını qətlə yetirib.
AzerTimes-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu
ərazisində, metronun “Neftçilər” stansiyasının qarşısında baş
verib.
Stansiyanın qarşısında oğul anasını bıçaqlayaraq qətlə
yetirib.
O qətli törədəndən sonra hadisə yerindən qaçıb. Hüquq-mühafizə
orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində
hadisəni törədən 15 yaşlı şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən faktı AzerTimes-a təsdiqləyiblər.