Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 4 m² olan köşkün yanar konstruksiyaları yanıb.
AzerTimes xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğının kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar təhqiqat aparılır.