Bakıda 3-cü mikrorayon dairəsindəki körpünün aşırım hissəsində aralanma müşahidə edilir.
AzerTimes-ın Xəzər Xəbər-ə istinadən məlumatına görə, proses bir müddətdir ki, davam edir.
Sürücülər artıq həmin körpüdən qorxa-qorxa keçdiklərini deyirlər.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məsələyə aydınlıq gətirib.
O deyib ki, sözügedən körpüdə problem yoxdur. Sürücülər rahat şəkildə körpüdən istifadə edə bilərlər.
Daha ətraflı süjetdə: